İsrailin İrana növbəti aviazərbələri - Laricani hədəf alındı
İsrail hava qüvvələri gecə ərzində İranda həyata keçirdiyi aviareydlərin birində İranın yüksək rütbəli məmuru – ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hədəfə alıb.
“TV1” xəbər verir ki, Laricaninin bu zərbə nəticəsində həlak olduğu və ya yaralandığı barədə məlumat hələ açıqlanmayıb.
İsrail Müdafiə Qüvvələri son hava zərbələrində “Fələstin İslam Cihadı” hərəkatının lideri Əkrəm əl-Əcuri və hərəkata aid digər yüksək vəzifəli şəxslər hədəfə alınıb.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib ki, gecə ərzində həyata keçirilən zərbələrdən sonra mühüm nəticələr qeydə alınıb.








