media-1200x100

İsrailin Quru Qoşunları komandanı istefa verdi

media-ads_728_90

İsrail ordusunun Quru Qoşunlarının komandanı istefa verib.

“TV1” xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) Quru Qoşunları Komandanlığının rəhbəri general-mayor Tamir Yadai şəxsi səbəblərə görə istefa verib.

T.Yadai son üç il ərzində Quru Qoşunlarının rəhbəri vəzifəsində çalışıb.

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və müdafiə naziri Yoav Gallant Yadainin istefasını qəbul edib.

Onu kimin əvəzləyəcəyi hələlik bəlli deyil.

media-ads_728_90
Paylaş