İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 3 100 nəfəri ötüb

media-ads_728_90

Hərbi eskalasiya başlayandan (2 mart) bəri İsrailin aviazərbələri nəticəsində Livanda ölənlərin sayı 3 123-ə çatıb, 9 506 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənub və şərq rayonlarına zərbələr endirməyə davam edir, son sutka ərzində 12 nəfər ölüb, 109 nəfər yaralanıb.

Qeyd olunur ki, Nəbatiyyə və Tirdə axtarış-xilasetmə işləri və zərbələr zamanı dağılmış binaların uçqunlarının təmizlənməsi davam edir, bununla əlaqədar ölənlərin və xəsarət alanların sayı arta bilər.

media-ads_728_90
Paylaş