İstanbulda İsrail Konsulluğu qarşısında atışmada 2 polis yaralanıb, ölən var - VİDEO
İstanbulda İsrail Konsulluğunun qarşısında atışma olub, silahlılardan ikisi öldürülüb.
“TV1” xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi hadisə ilə bağlı “X” hesabında məlumat paylaşıb.
O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.
Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.
NTV-nin yaydığı xəbərə görə, bir silahlı yaralı halda ələ keçirilib.
Ədliyyə naziri hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.








