İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər.
“TV1” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ədliyyə naziri Rati Breqadze məlumat verib.
“Əgər İvanişvili prezidentliyə namizədliyini irəli sürməyə qərar verərsə, əminəm ki, o, Gürcüstan tarixində ən yaxşı prezident olacaq”, – o bildirib.