Karateçimiz Mədinə Sadıqova Avropa çempionu olub

media-ads_728_90

Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“TV1” xəbər verir ki, Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gəlib.

Bununla da Mədinə Sadıqova böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

media-ads_728_90
Paylaş