Keşlədə yağışların yaratdığı fəsadlar aradan qaldırılır

media-ads_728_90

İntensiv yağan yağışlar nəticəsində 05 aprel 2026-cı il tarixində Bakı dairəvi magistral kollektoru su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşıb. Məlum olub ki, hadisəyə səbəb Xətai rayonu, Rəşid Bağırov küçəsində, magistral kollektorda bir müddət öncə baş vermiş çökmədir. Çökmə nəticəsində tullantı sularının axın istiqamətinin məcburi qaydada dəyişərək alternativ xətlərə yönəldilib.

“TV1” xəbər verir ki, Qəza vəziyyəti drenaj-kanalizasiya sistemində kəskin yüklənmə yaradaraq magistral xətlərdə hidravlik təzyiqin kəskin artmasına səbəb olub, nəticədə M.Ə.Sabir küçəsinin relyef baxımından çökəklik ərazidə yerləşməsi kənarlaşdırıla bilməyən suların məhz bu nöqtədə intensiv toplanmasına şərait yaradıb.

Ərazidə suyun səviyyəsinin sürətlə yüksələrək 1.2-1.5 metrə çatması nəticəsində 31 fərdi yaşayış evinə su dolma halı yaranıb, sakinlərin təhlükəsizliyi risk altına düşüb. Ərazidəki evlər əsasən 30-40 il əvvəl inşa edildiyi üçün, köhnə tikililərin konstruksiyasına və vətəndaşların şəxsi əmlakına ciddi maddi ziyan dəyib.

Dərhal Nizami Rayon İcra Hakimiyyəti-nin təşəbbüsü ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, kommunal xidmət sahələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Aidiyyəti strukturlar tərəfindən operativ koordinasiya təmin edilərək qəzanın nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin qorunması və ilkin zəruri yardım tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz işlər görülüb.

Küçə boyu nəqliyyatın və piyadaların hərəkəti tamamilə məhdudlaşdırılıb, təhlükəsizlik məqsədilə elektrik və qaz təchizatı müvəqqəti dayandırılıb. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ərazidə ictimai asayişin qorunması və mühafizə tədbirləri həyata keçirilir.

media-ads_728_90
Paylaş