"Kibertəhlükəsizlik sahəsində süni intellekt" mövzusunda seminar keçirilib

media-ads_728_90

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda iki günlük beynəlxalq seminar keçirilib.

“TV1” xəbər verir ki, seminarın məqsədi NATO-nun müvafiq strukturları, mükəmməlik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılması olub.

Tədbir çərçivəsində rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil omaqla geniş spektrli kiber təhlükələrin qarşısının alınmasında əhəmiyyəti və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.

 

media-ads_728_90
Paylaş