Konqoda məktəblərdə baş verən yanğın nəticəsində azı 26 şagird ölüb

media-ads_728_90

Konqo Demokratik Respublikasının şərqində yerləşən Bukavu şəhərində iki qonşu məktəbdə baş verən yanğın nəticəsində azı 26 şagird həyatını itirib, onlarla insan yaralanıb.

“TV1”  xarici mediaya istinadla xəbər verir ki, Cənubi Kivu əyalətinin hökumətinin yaydığı məlumata görə, ölənlərdən 19-u qız, 7-si isə oğlandır. Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə əhalinin sıx məskunlaşdığı ərazidə ciddi dağıntılara səbəb olub. Bölgədəki evlərin əksəriyyətinin taxtadan tikildiyi bildirilir.

media-ads_728_90
Paylaş