media-1200x100

Kuleba: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

media-ads_728_90

Ukrayna tərəfi Rusiya ilə danışıqlara hazırdır.

“TV1” xəbər verir ki, bunu Çinə səfəri zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Van İ ilə görüşündə deyib.

O qeyd edib ki, aparılacaq müzakirələr rasional və əməli nəticələrə malik olmalıdır.

Qeyd edək ki, ötən həftə Ukraynanın prezidenti Vladimir Zelenski də rəsmi Moskva ilə müzakirələrin mümkünlüyü barədə açıqlama verib.

V. Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə istənilən vaxt görüşməyə hazırdır.

media-ads_728_90
Paylaş