media-1200x100

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

media-ads_728_90

Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib.

“Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək”, – deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş