media-1200x100

Latviya Prezidenti COP29-da iştirak edəcək

media-ads_728_90

“Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs COP29 konfransında iştirak edəcək. Latviyanı nümayəndə heyəti də təmsil edəcək”.

“TV1” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Biz çox şadıq ki, COP29 konfransı Azərbaycanda keçirilir. Bu tədbirdə iqlim dəyişikliyinin maliyyələşdirilməsi kimi çətin məsələlər müzakirə olunacaq. Bütün müzakirələrdə və tədbirlərdə iştirak edəcəyik”, – deyə diplomat diqqətə çatdırıb.

media-ads_728_90
Paylaş