Mərmərə dənizində iki gəmi toqquşub - Biri ilə əlaqə kəsilib
Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində 2 yük gəmisi toqquşub.
“TV1” xəbər verir ki, İstanbul Valiliyinin məlumatına görə, yerli vaxtla saat 03:00-da Silivridən təxminən 33 kilometr uzaqlıqda, Türkiyənin vilayətləri arasında hərələt edən “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki yük gəmisi toqquşub.
Hadisə yerinə çox sayda dəniz vasitəsi və sahil mühafizə helikopteri göndərilib.
İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən zədə aşkarlanmayıb. “Tuğberk İmamoğlu” gəmisindən və göyərtəsindəki 10 heyət üzvündən isə hələ xəbər yoxdur, onlarla əlaqə kəsilib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
“Tuğberk İmamoğlu” gəmisinin 1990-cı ildə inşa edildiyi, “Alsu” tankerinin isə 2022-ci il istehsal olunduğu bildirilir.








