Minsk prosesinin fəaliyyəti dekabrın 1-dək ləğv ediləcək - ATƏT sədri
Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların fəaliyyəti 2025-ci il dekabrın 1-dək ləğv ediləcək.
“TV1” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmli olduğunu qeyd edib.