NATO Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib

media-ads_728_90

NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndə təyin edib.

“TV1” xəbər verir ki, bu vəzifəyə Kevin Hamilton təyin olunub.

K.Hamilton, həmçinin NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Şöbəsində tərəfdaşlıq məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə təyin edilib.

K.Hamilton bu təyinatdan əvvəl 2023-2026-cı illərdə (iqamətgahı Ankarada yerləşən-red) Kanadanın Azərbaycandakı səfiri olub. Daha əvvəl o, Rumıniya, Bolqarıstan və Moldova Respublikasında səfir (2016–2020) vəzifələrini tutub.

media-kevin-hamilton

media-ads_728_90
Paylaş