media-1200x100

"Neftçi"nin oyunu ləğv olundu

media-ads_728_90

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Oruba” ilə yoxlama oyunu ləğv edilib.

“TV1” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, buna rəqibin matçdan imtina etməsi səbəb olub.

Əvəzində “Neftçi” ikitərəfli oyun keçirəcək.

Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

media-ads_728_90
Paylaş