Olimpiyaçılarımızın yararsız hala düşən medalları dəyişdiriləcək 

media-ads_728_90

Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycan idmançılarının yararsız hala düşən medallarının dəyişdirilməsi prosesinə 2026-cı ilin fevralında başlanacaq.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev açıqlama verib.

O, MOK-un Beynəlxalq Olimpiya Komitəsinə məsələ ilə bağlı ilin əvvəlində müraciət etdiyini xatırladıb:

“Bu vəziyyətlə bağlı müxtəlif hazırlıq prosesləri gedirdi. Bizə verilən məlumata görə, 2026-cı ilin fevralında bizim idmançıların medallarının dəyişdirilməsi prosesinə başlanılacaq”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

media-ads_728_90
Paylaş