media-1200x100

Ölkə ərazisindəki əksər çaylarda sululuq artıb

media-ads_728_90

Ölkə ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

“TV1” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 67, Təngərüdçayda 50, Viləşçayda 17, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Əyriçayda 21, Qarasuçayda 4, Qudiyalçayda 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 4, Gəncəçayda 3, Əsrikçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Oxçuçayda 9, Bəsitçayda 6, Quruçayda və Tutqunçayda 4, Tərtərçayda 3, Bərgüşadçayda 2, Həkəriçayda isə 1 sm artm qeydə alınıb.

media-ads_728_90
Paylaş