Özdemir Tokel: ŞKTC-yə böyük dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik - VİDEO/FOTO
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Dövlət Televiziyası – BRT-nin İdarə Heyətinin sədri, eyni zamanda ŞKTC-nin Baş nazirinin Baş danışmanı Özdemir Tokel “TV1” Kanalının qonağı olub.
“TV1” xəbər verir ki, Özdemir Tokel “TV1” Kanalının kollektivi ilə keçirdiyi görüşdə müasir medianın problemləri, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıb.
Ö.Tokel “TV1” kanalının direktoru Faiq Hüsiyevə hədiyyələrini təqdim edib. Qarşılıqlı olaraq, “TV1” kanalının direktoru Faiq Hüsiyev də Ö.Tokelə hədiyyələr təqdim edib.
Daha sonra isə Ö.Tokel “TV1” kanalına özəl müsahibə verib. O, müsahibəsində bu günlərdə Bakıda keçirilən TDT-yə üzv ölkələrin hökumət başçılarının II görüşü ilə bağlı maraqlı dəyərləndirmələrlə çıxış edib.
Daha ətraflı videomüsahibədə:








