Pakistanda məscid yaxınlığında partlayış olub - 15 nəfər ölüb, onlarla insan xəsarət alıb

media-ads_728_90

Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığındakı partlayış nəticəsində azı 15 nəfər həlak olub.

“TV1” xəbər verir ki, partlayış cümə namazı zamanı baş verib.

Xəstəxanaya 15 meyit və 50-dən çox yaralı çatdırılıb.

Polisin məlumatına görə, məscidin yaxınlığında partlayış nəticəsində çuxur yaranıb. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsi ciddi şəkildə zədələnib, həmçinin divar uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.

media-ads_728_90
Paylaş