Paşinyan Fransaya səfərə yola düşüb

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.

“TV1” xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkələrdəki səhifəsində yazıb.

Ermənistanın Baş naziri qarşıdan gələn səfərin digər təfərrüatlarını açıqlamayıb.

Ermənistan mediasının məlumatına görə, o, Parisdə Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək.

media-ads_728_90
Paylaş