Pentaqon İranı hədələyib
Tehran yanlış qərar qəbul edəcəyi təqdirdə Amerika Birləşmiş Ştatları dəniz blokadasını qoruyub saxlamaq şərtilə İranın enerji infrastrukturuna hədəflənmiş zərbələr endirəcək.
“TV1” xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
P.Heqset eyni zamanda vacib bir məqama aydınlıq gətirərək, ABŞ-ın Hörmüz boğazını deyil, İran limanlarını blokladığını bildirib və açıq dənizdə İran gəmilərini, o cümlədən tankerləri saxlamaq niyyətində olduqlarını dilə gətirib.








