media-1200x100

Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib

media-ads_728_90

Prezident İlham Əliyev Belarusla imzalanmış iki protokolu təsdiqləyib.

“TV1” xəbər verir ki, müvafiq sənədlərlə 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol” təsdiq edilib.

media-ads_728_90
Paylaş