media-1200x100

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

“TV1” xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib:

“Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”.

Dövlətimizin başçısı faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

media-ads_728_90
Paylaş