Prezident İlham Əliyev Misirdə Şahbaz Şəriflə görüşüb - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
“TV1” xəbər verir ki, dövlətimizin başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib.