Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı - Gideon Saar

media-ads_728_90

İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə edilmiş irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib.

“TV1” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

İsrailin XİN rəhbəri vurğulayıb ki, əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub.

O qeyd edib ki, Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı.

G.Saar həmçinin bildirib ki, ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Xüsusilə vurğulanıb ki, Azərbaycandakı yəhudi icması sabitlik və təhlükəsizlik şəraitində yaşayır.

Nazir əlavə edib ki, İsrail xalqı bu dəstəyi yüksək qiymətləndirir.

media-ads_728_90
Paylaş