Prezidentin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli xarici siyasət nümunəsidir - Hikmət Hacıyev

media-ads_728_90

Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“1-2 oktyabr – Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr – Düşənbədə MDB Sammiti”, – deyə Prezidentin köməkçisi xatırladıb.

media-ads_728_90
Paylaş