Putin və Tramp arasında telefon danışığı baş tuta bilər
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı ola biləcəyini açıqlayıb .
“TV1” “Haber Global”ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ nümayəndələrinin bir gün əvvəl Moskvaya səfəri ilə bağlı jurnalistlərə şərh verib.
Peskov bildirib ki, Kreml Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında ABŞ nümayəndələrinin səfərini müzakirə etmək üçün telefon danışığı ehtimalını istisna etmir.
Peskov qeyd edib ki, Kreml ABŞ-ın danışıqlar aparan nümayəndələri ilə Kiyev administrasiyası arasında əlaqələrin nəticələri ilə bağlı hələlik heç bir məlumat almayıb və əlavə edib ki, “Ukrayna böhranının həllinə yönəlmiş hər hansı bir əlaqə cəhdini sülhə doğru atılan addım hesab edirik”.








