Qarabağ atəşkəs bəyannaməsinin qüvvəyə minməsindən 5 il ötür

media-ads_728_90

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın qüvvəyə minməsindən 5 il ötür.

“TV1” xəbər verir ki, sənəd 44 günlük Vətən müharibəsinə son qoyaraq regionda yeni geosiyasi reallıqlar formalaşdırıb.

Atəşkəs bəyannaməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

Bu sənəd Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, Azərbaycanın regional təşəbbüslərdə aparıcı rolunu daha da möhkəmləndirib.

Hazırda rəsmi Bakı postmünaqişə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması və bölgədə davamlı sabitliyin təmin olunması istiqamətində diplomatik səylərini davam etdirir.

media-ads_728_90
Paylaş