media-1200x100

Ramid Namazov: "COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin iki növündən istifadə olunur"

media-ads_728_90

“Məlumdur ki, gələn ay Azərbaycanda COP29 kimi beynəlxalq tədbir keçiriləcək. Habelə Bakı Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edəcək. Həm dövlət və hökumət başçılarının iştirak səviyyəsi baxımından, həm də ümumi iştirakçı sayına görə dünyada keçirilən mötəbər konfranslardan biri olan bu tədbirlərin vaxtı yaxınlaşdıqca mediada Azərbaycana qarşı qarayaxma kompaniyalarının da sürətlə artdığını müşahidə edirik”.

“TV1” xəbər verir ki, bu sözləri oktyabrin 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının iclasında komissiyanın sədri Ramid Namazov deyib.

O bildirib ki, bugünkü ictimai müzakirənin keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşlarının baş verən proseslərdən agah olmaları, dövlətimizə qarşı aparılan çirkin kampaniyaların haradan, hansı formada və kimlər vasitəsilə təşkil olunduğunu göstərmək, bu mövzuda deputatların, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, ekspertlərin fikirlərini və təkliflərini dinləmək və müzakirələr aparmaqdır.

Ramid Namazov bildirib ki, COP29 ilə bağlı Azərbaycana qarşı hibrid təhdidin əsasən iki növündən istifadə olunur: “Bunlardan ən çox yayılanı dezinformasiyalarla bağlıdır. İkincisi isə hüquq və müdafiə terminlərinin qarışığından yaranan “lawfare” adlı hibrid təhdid növüdür ki, bu, hüquqi vasitələrin strateji olaraq silah kimi istifadəsini nəzərdə tutur”.

media-ads_728_90
Paylaş