media-1200x100

Rusiyadan Ermənistana 10 milyon avro ayrılmasına MÜNASİBƏT

media-ads_728_90

Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında onun Cənubi Qafqaz regionuna destruktiv təsirini genişləndirməsi dayanır.

“TV1” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Axı, kollektiv Qərb xəritədə münaqişə ocağının azalması ilə necə barışsın? Avropa Sülh Fondu isə sülh, sabitlik, təhlükəsizlik üçün deyil. Bu fond müharibə, ölkələri təxribata çəkmək və qan tökmək üçündür. Qərbin belə yanaşmaları təhlükəsizlik və sabitlik baxımından yaxşı heç nə vəd etmir”, – o qeyd edib.

M.Zaxarova bildirib ki, Avropa İttifaqının sülh fundamenti və potensialı tükənib.

media-ads_728_90
Paylaş