media-1200x100

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

media-ads_728_90

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, imtahana buraxılış vərəqəsini Mərkəzin saytında müvafiq linkdən çap etmək olar.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Namizədlərin imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və namizədin buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

media-ads_728_90
Paylaş