Roma Papası Heqsetin İran üzərində qələbə üçün dua etməsini pisləyib
Roma Papası Pit Heqsetin İran üzərində qələbə üçün dua etməsini pisləyib. Tarixdə ilk Amerika əsilli pontifik XIV Leo bildirib ki, hərbi üstünlük “İsa Məsihin yoluna yaddır”.
“TV1” xəbər verir ki, Papa “düşmənə dəyəcək güllələr” üçün dua edən və Yaxın Şərqdə “İsa Məsihin adı ilə” hərbi qələbədə israr edən ABŞ-ın Müharibə Naziri ilə razılaşmadığını belə ifadə edib.
“Biz hökmranlıq etdiyimiz zaman özümüzü güclü, bərabərlərimizi məhv etdikdə qalib gələn və qorxduqda isə böyük hesab edirik. Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən dərc edilmiş sözlərini Pasxadan əvvəl XIV Leo deyib: “Allah bizə bir nümunə verdi – necə hökmranlıq etmək deyil, necə azad etmək, həyatı necə məhv etmək deyil, onu necə vermək haqqında”.
Qeyd edək ki, əvvəllər Papa hərbi təcavüzü də pisləyərək, Tanrının müharibə aparan və “əlləri qanla dolu olan” liderlərin dualarına məhəl qoymadığını vurğulamışdı.
“Epik Qəzəb”in başlanmasından sonra XIV Leo döyüşləri dayandırmağa çağırdı və münaqişə zamanı dağıntıları və insan itkilərini “bütün bəşəriyyət üçün rüsvayçılıq” adlandırdı.








