Roma Papası Qəzzayla bağlı çağırış edib
Roma Papası Fransisk Qəzzada müharibənin daha geniş vüsət alması riskindən narahatdır.
“TV1” xəbər verir ki, danışıqları dayandırmamağa və dərhal atəşkəsə çağırış edən Papa Fransisk girovların azad edilməli olduğunu vurğulayıb.
O əlavə edib ki, Qəzzada əhali xilas edilməlidir, çünki orada poliomielit də daxil olmaqla bir çox xəstəlik yayılır.