Rusiya Ermənistandan bu malların satışını və idxalını qadağan edir
Rusiya İrəvanın “dost olmayan addımlar” səbəbindən Ermənistandan bəzi malların satışını və idxalını qadağan edir.
“TV1” “Döyçe Velle”yə (Deutsche Welle) istinadən xəbər verir ki, siyahıda çiçəklər, şərab, konyak və mineral sular var.
Vedi-Alko, Abovyan brendi zavodu və Şahnazaryan Şərab və Konyak Evinin məhsulları Rospotrebnadzor məhdudiyyətlərinə məruz qaldı. Laboratoriya müayinələri zamanı qırmızı yarımşirin “Getap Vernashen”, ağ quru şərab “Vedi Alco”, “Ermenian Connac 5 Stars”, “Şahnazaryan XO” konyaklarında məcburi fiziki-kimyəvi göstəricilərə uyğunsuzluq aşkar edilib.
Rospotrebnadzor Jermuk mineral suyunun sınaqlar zamanı kimyəvi tərkibinin etiketləmə ilə uyğun gəlmədiyini və bikarbonat ionlarının icazə verilən səvyyəsini aşdığını aşkar etdikdən sonra idxalını və satışını qadağan etmişdi.
Mayın 22-də isə ölkənin “fitosanitar rifahını və ixrac potensialını qorumaq” məqsədilə Rusiyaya erməni güllərinin tədarükünə qadağa qüvvəyə minib.
Qeyd edək ki, Moskva Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistanda Avropa Siyasi Birliyinin sammitinə səfərindən və Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesini başlayan qanunu qəbul etməsindən sonra İrəvanı “dostluqdan kənar addımlar”da ittiham edib.








