Rusiya ordusu növbəti dəfə Ukrayna ilə Moldova arasında sərhəd-keçid məntəqəsini vurub
Rusiya ordusu sentyabrın 9-da Ukraynaya hava hücumu zamanı, Moldova ilə sərhəddə daha bir keçid məntəqəsinə zərbə endirib.
“TV1” xəbər verir ki , səhərə yaxın davam edən dron hücumları zamanı “Starokazaçe” sərhəd keçid məntəqəsi vurularaq sıradan çıxarılıb.
Qeyd edək ki, bu, son bir ayda hücuma məruz qalan sayca üçüncü sərhəd keçid məntəqəsidir.








