Rusiyada qar uçqunu - 11 nəfər həlak olub
Rusiyanın Kabardin-Balkar Respublikasında Bezenqi dərəsində 33 alpinistdən ibarət qrup uçquna düşüb.
“TV1” xəbər verir ki, uçqun sentyabrın 6-da saat 17:00 radələrində Mijirqi dağından qopub.
Sentyabrın 7-si səhər saatlarına olan məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, altı nəfər xəsarət alıb. 10 nəfər öz imkanları ilə uçqun zonasından çıxmağa müvəffəq olub. Altı alpinistin axtarışları davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatına 56 nəfər cəlb olunub. Əməliyyatın keçirildiyi ərazidə relyef əlverişsizdir və yeni uçqunların baş verməsi təhlükəsi qalmaqdadır.








