AZAL təyyarəsinin zədələnməsi ilə bağlı Rusiyanın məlumatları Azərbaycanı ciddi təəccübləndirib - Nazir

media-ads_728_90

“Düşənbədəki görüşdə Rusiya Prezidenti Vladimir Putin ən son əldə etdiyi məlumatlara əsasən, Rusiya ərazisində Ukrayna PUA-sının olduğunu və təyyarənin vurulma səbəbinin raket partlayışı nəticəsində onun qalıqlarının AZAL təyyarəsini zədələməsi olduğunu bildirib”.

“TV1” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, son günlərdə Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən imzalanan məktub Azərbaycana təqdim olunub: “Bu məktub Azərbaycan üçün ciddi təəccüb doğurub”.

C.Bayramov, həmçinin Bastrıkinin bu işlə bağlı cinayət işinə xitam verilməsi məsələsini bölüşdüyünü qeyd edib.

media-ads_728_90
Paylaş