media-1200x100

Saymon Stil: COP29 çərçivəsində yeni həll yolları tapmaq istəyirik

media-ads_728_90

“Hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür. Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik”.

“TV1” xəbər verir ki, bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən TROİKA ölkələrinin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.

O qeyd edib ki, COP29 yeni həll yolları tapmaq üçün stimullaşdırıcı rol oynamalıdır: “Paris Sazişində qeyd olunanlar bütün ölkələrin gələcək ekologiya siyasəti üçün xəritədir. Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıq tutacaq”.

media-ads_728_90
Paylaş