Şəhid jurnalistin oğlu 1-ci sinfə yola salınıb - FOTO

media-ads_728_90

Bu il Azərbaycanda 124 mindən çox uşaq birinci sinfə qədəm qoyur.

Onların arasında şəhid jurnalist Sirac Abışovun oğlu Özgür Abışsoy da var.

“TV1”  xəbər verir ki, o, Sumqayıt şəhərində fəaliyyət göstərən “İdrak” liseyində təhsil alacaq.

Liseydə Bilik günü ilə əlaqədar keçirilən tədbirdən sonra Özgür doğmaları tərəfindən 1A sinfinə yola salınıb.
Qeyd edək ki, Özgür şəhid jurnalist Sirac Abışovun yeganə övladıdır. S.Abışov 4 iyun 2021-ci ildə Kəlbəcərin Susuzluq kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində şəhid olub.

Ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

media-1

 

media-2

media-3

media-4

 

 

media-whatsapp-image-2026-09-15-at-15-22-31-354x630

media-whatsapp-image-2026-09-15-at-15-22-31-3-354x630

media-whatsapp-image-2026-09-15-at-15-22-33-1-355x630

media-whatsapp-image-2026-09-15-at-15-22-32-1-354x630

 

 

media-ads_728_90
Paylaş