Sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası Ermənistanda keçiriləcək

media-ads_728_90

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti görüşü Ermənistanda keçiriləcək.

“TV1” xəbər verir ki, komissiyaların 12-ci görüşü Azərbaycanın Qəbələ şəhərində keçirilib.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistanın şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, noyabrın 28 -də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiya üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycanın və Ermənistann İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.

Ş.Mustafayev və M.Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.

media-ads_728_90
Paylaş