"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır - İran səfiri

media-ads_728_90

“”Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yalnız İran və Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. Bu marşrut İranın cənub limanlarını Rusiya və Avropa bazarları ilə birləşdirərək yükdaşımaların vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, ticarət, investisiya və infrastruktur əməkdaşlığı üçün yeni imkanlar yaradır”.

“TV1” xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Teleqraf İnformasiya Agentliyinə müsahibəsində deyib.

O bildirib:

“İran hesab edir ki, bu layihənin icrasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsi regional tranzit mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu məqsədlə dəhliz boyunca dəmir yolu və avtomobil yollarının inkişafı region ölkələrinin iştirakı ilə ardıcıl şəkildə davam etdirilir”.

Səfir eyni zamanda, Araz dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasından da danışıb:

“Azərbaycanın əsas ərazisindən Naxçıvana İran ərazisi vasitəsilə çıxışı asanlaşdırmağı və Culfa-Kəlalə oxunu regionun güclü avtomobil və dəmir yolu keçidinə çevirməyi hədəfləyən bir tranzit marşrutudur. Sözügedən marşrut son 34 il ərzində istifadə olunsa da, hazırda onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin daha da asanlaşdırılması gündəmdədir. Layihə mövcud yolların təkmilləşdirilməsini, yeni körpülərin tikintisini və ya mövcud körpülərin yenilənməsini, tunellərin inşasını, habelə nəqliyyat və gömrük infrastrukturunun gücləndirilməsini nəzərdə tutur”.

media-ads_728_90
Paylaş