Solovyov Melonini təhqir edib - Diplomatik QALMAQAL

media-ads_728_90

Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

“TV1” xəbər verir ki, buna rusiyalı jurnalist Vladimir Solovyovun “Соловьев Live” kanalında İtaliyanın Baş naziri Corciya Meloninin ünvanına səsləndirdiyi təhqir xarakterli fikirlər söyləməsi səbəb olub.

V.Solovyov canlı efirdə çıxışı zamanı Meloninin ünvanına “faşist”, “xəyanətkar” ifadələrini işlədib:

“Meloni seçicilərini satmış faşistdir. Hakimiyyətə başqa şüarlarla gəlmişdi. Xəyanət onun ikinci adıdır. O, əvvəllər sədaqət andı içdiyi Trampı da satdı”.

İtaliyanın Baş naziri jurnalistin fikirlərinə reaksiya verib. O, bu barədə sosial şəbəkə hesabında yazıb:

“Rejim təbliğatçısı olan biri azadlıq dərsi keçə bilməz. Bu karikaturalar bizi kursumuzdan döndərməyəcək. Başqalarından fərqli olaraq, nə iplərə bağlıyıq, nə ağalarımız var, nə də əmr alırıq. Kompasımız təkdir: İtaliyanın maraqları”.

media-ads_728_90
Paylaş