Son dörd saatda İrandan Azərbaycana 182 nəfər təxliyə olunub
İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib.
“TV1” report-a istinadən xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, 4-ü İsveçrə, 3-ü Meksika, 3-ü Çin, 2-si isə Pakistan vətəndaşıdır.
Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib.








