Sumqayıtda ticarət mərkəzində yağın olub
Sumqayıt şəhəri Sülh prospektində yerləşən “Jalə” ticarət mərkəzində yanğın baş verib.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.