Tahsin Ertuğruloğlu: Elə bir şərait yetişəcək ki, Azərbaycanla ŞKTC arasında birbaşa aviareyslər həyata keçiriləcək - VİDEO

media-ads_728_90

“Elə bir şərait yetişəcək ki, həmin reallığın nəticəsində Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında birbaşa aviareyslər həyata keçiriləcək”.

Bunu “TV1”-ə özəl açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici işlər naziri Tahsin Ertuğruloğlu bildirib.

Nazir sonra qeyd edib:

“Hazırda bizim hava limanlarımız beynəlxalq hava limanlarına bağlıdır. Bu gün Şimali Kipr Türk Cümhuriyyətindən ancaq Türkiyəyə birbaşa aviareyslər gerçəkləşdirilir. Hava limanlarımızdan qalxan aviareyslər öncə Türkiyəyə enmək məcburiyyətindədir. Bizim istəyimiz Bakıdan havaya qalxan təyyarənin birbaşa bizim hava limanlarımıza enməsidir. Bu cəsarət istər. Amma eyni zamanda, siyasi şəraitin yetişməsini də istər. “Tanınmamış bir ölkəyə uçuşlar mümkün deyil” deyə biriləri söyləyə bilər. Amma bu yanaşma doğru deyil. Çünki Tayvan tanınmamış bir ölkədir. Amma oraya müxtəlif hava yollarının birbaşa aviareysləri həyata keçirilir. Deməli, tanınıb-tanınmama birbaşa aviareyslərin reallaşdırılmasının önündə əngəl deyil”.

T.Ertuğruloğlu həmçinin vurğulayıb ki, gələcəkdə elə bir şərait yetişəcək ki, həmin reallığın nəticəsində Bakıdan hava limanlarımıza birbaşa aviareyslər də başlayacaq.

Daha ətraflı videomüsahibədə:

media-ads_728_90
Paylaş