Taliban lideri öldürülüb? - FOTO

media-ads_728_90

Taliban hərəkatının lideri və Əfqanıstanın faktiki hökmdarı Molla Heybətullah Axundzadə Pakistanın Qəndəhardakı iqamətgahına endirdiyi hava hücumunda öldürüldüyü ilə bağlı məlumatlar yayılıb.

“TV1” xəbər verir ki, Pakistan Qəndəharda Taliban hədəflərinə qarşı genişmiqyaslı hava əməliyyatı keçirib.

Zərbə hərəkatın kəşfiyyat agentliyinin binasını hədəf alıb və orada kəşfiyyat rəsmilərinin gizli görüşü keçirilib. Bütün iştirakçıların öldürüldüyü deyilir.

Pakistan hava qüvvələrinin Talibanın İslamabada qarşı dron hücumlarına cavab olaraq gecə ərzində Qəndəhara yenidən hücum etdiyi bildirilir. Kəşfiyyat qərargahı və Axundzadənin qorunmasına cavabdeh olan 313-cü xüsusi təyinatlı dəstənin hərbi bazası da daxil olmaqla ən azı beş hədəfə zərbə endirilib.

Qeyd edək ki, xəbərlərdə Qəndəhar hava limanı yaxınlığındakı Kam Air yanacaq anbarına edilən hücum da yer alıb. Talibanın sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, bu anbar mülki aviasiya və BMT təyyarələri tərəfindən istifadə olunurdu.

media-taliban-lideri

media-ads_728_90
Paylaş