TDT yaxın regionlarda baş verən müharibələrlə bağlı mövqe nümayiş etdirməlidir - Türkiyə Prezidenti

media-ads_728_90

“Türk Dövlətləri Təşkilatının yaxın regionlarda baş verən müharibə və gərginliklərlə bağlı mövqe nümayiş etdirməsi önəmlidir”.

“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışında deyib.

Türkiyə lideri TDT-ni özünə qapanan bir qurum kimi görmədiyini vurğulayıb:

“Digər təşkilatlarla əməkdaşlıq çərçivəsində öz baxış bucağımızı ortaya qoymalıyıq. TDT-nin son Zirvə toplantılarında da dediyim kimi, təhlükəsizliyə yönələn əməkdaşlıq başda olmaqla, bütün istiqamətlərdə işbirliyinə töhfə verməyə hazırıq. TDT Müdafiə Sənayesi qurumlarının iyul ayında keçirilən toplantısını bu istiqamətdə mühüm addım hesab edirəm. Bu gün yaxın regionlarda baş verən bir çox müharibə və gərginliklə bağlı TDT-nin mövqe nümayiş etdirməsi vacibdir. Biz Qəzzada ikidövlətli həll yolunun ədalətli olacağına inanırıq. Bu, regionumuzda təhlükəsizliyin təmin edilməsi üçün zəruridir. Həmçinin Suriyada əldə olunan irəliləyiş də gələcəyə ümidlə baxmağa əsas verir”.

media-ads_728_90
Paylaş