TƏBİB: COP29 üçün 60 təcili yardım briqadası ayrılıb
“Hazırda 60 təcili yardım briqadası COP29 konfransı üçün ayrılıb. Bizim briqadalar 24 saat ərzində fəaliyyət göstərəcəklər”.
“TV1” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.
A.Nəsirov qeyd edib ki, 100-dən artıq həkim Təcili Tibbi Yardım xidmətinə işə götürülüb:
“Onlar ilkin tibbi xidmət və ingilis dili ilə bağlı təlimlərə cəlb edilib. Bundan əlavə, əlavə ehtiyat briqadaları da yaradılıb. Bizim Çağrı Mərkəzində fəaliyyət göstərən personalı ingilisdilli komanda ilə əvəz etmişik”, – deyə A.Nəsirov qeyd edib.