TƏHLÜKƏLİ STATİSTİKA: Əhali artımı azalır, ölüm halları isə...
2025-ci ildə Azərbaycanda əhalinin təbii artımı 36 041 nəfər təşkil edib ki, bu da statistik məlumatların əhatə etdiyi bütün dövr ərzində qeydə alınmış ən aşağı göstəricilərdən biridir.
“TV1” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il ölkədə 95 875 uşaq dünyaya gəlib, ölüm hallarının sayı isə 59 834 təşkil edib.
Beləliklə, hər min nəfər əhaliyə 9,4 doğum və 5,8 ölüm düşüb, təbii artım isə hər min nəfər əhaliyə 3,6 nəfər təşkil edib.








